Ticarət mərkəzində qorxunc hadisə - VİDEO

DÜNYA
01:32 31.07.2015
1754
Çinin ticarət mərkəzlərindən birində qucağındakı uşağı ilə eskalatorda qalxan qadın faciəvi şəkildə can verib.AZXEBER.COM-un məlumatına görə, Axar.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı Xianq Luijian eskalatorun qapağının açılması nəticəsində mexanizmin içinə düşüb.Gənc qadın öncə qucağındakı körpəsini qurtarmağa çalışıb və buna müvəffəq olub. Lakin öz canını xilas edə bilməyib. Eskalatorun yuxarı hissəsində dayanan iki xanım Luijiana kömək etməyə çalışsa da, buna nail olmayıblar.Qeyd edək ki, bu dəhşətli hadisə işçilərdən birinin eskalatorun qapağını bağlamağı unutması nəticəsində baş verib.Dəhşətli videonu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR