Tiflis biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir?

Tiflis biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir?
SOSİAL
11:41 21.05.2026
622
"Mayın 26-da fəaliyyətə başlayacaq Bakı–Tiflis–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək”.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

"Qatar 1 ədəd "Lüks” sinif, 1 ədəd qarışıq "Lüks” və "Komfort+” sinif, 3 ədəd "Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. "Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa, 1 ədəd qarışıq "Lüks” və "Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər”, - o qeyd edib.

B.Hacıyevin sözlərinə görə, İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib: "Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var. Komfort və Komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur. Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur”.

ADY rəsmisinin sözlərinə görə, sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti) təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı