Bu gün Tbilisidə atışma olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, atışma Tbilisinin Nadzaldevi rayonunda Lomtatidze küçəsində baş verib.
Atışma zamanı bir nəfər yaralanıb. Hadisənin digər detalları məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.