"Tik-Tok"da video çəkərək insanları narahat edən yeniyetmə evdədir? - RƏSMİ CAVAB

"Tik-Tok"da video çəkərək insanları narahat edən yeniyetmə evdədir? - RƏSMİ CAVAB
SOSİAL
10:19 01.02.2024
302
Sosial şəbəkələrdə görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AZXEBER.COM-a bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.

Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.
OXŞAR XƏBƏRLƏR