Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

SOSİAL
11:40 03.06.2020
573
"Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aparılmış araşdırmalarla "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:29 24.09.2020

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

11:16 24.09.2020

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

11:00 24.09.2020

Özəl klinikadan təqdirəlayiq addım - "Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq"

10:46 24.09.2020

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

10:35 24.09.2020

Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

10:21 24.09.2020

Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”

10:19 24.09.2020

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

10:17 24.09.2020

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

09:58 24.09.2020

Bakıda kütləvi dava - Yaralılar var

09:43 24.09.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

01:06 24.09.2020

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olundu

23:47 23.09.2020

Bakıda 20 yaşlı gənc bıçaqlandı

23:34 23.09.2020

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

23:09 23.09.2020

Britaniyada son sutkada koronavirusa 6178 yoluxma qeydə alınıb

22:50 23.09.2020

“Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi

22:21 23.09.2020

Türkiyədə son sutka ərzində koronavirusdan 72 nəfər ölüb

X Mostbet