Azərbaycanda son bir ildə tikintidə ölənlərin sayı açıqlandı - Bədbəxt hadisə, yoxsa özbaşınalıq?

Azərbaycanda son bir ildə tikintidə ölənlərin sayı açıqlandı - Bədbəxt hadisə, yoxsa özbaşınalıq?
SOSİAL
12:20 22.01.2026
184
2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr məlum olub.

AZXEBER.COM xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.

Onun sözlərinə görə, 2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı iqtisadi sahələr tikinti və emal sənayesidir.

Bildirib ki, xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halındaolan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb:

"İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə istehsalat zədəsi formalı aktın verilməsi təmin olunub”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR