Türkiyənin Niğde bölgəsinin Bor rayonunda işçi Mustafa Avcı fabrikin tikintisi zamanı üzərinə beton tir yıxılaraq həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bor Qarışıq Dəri İxtisas Mütəşəkkil Sənaye Bölgəsində (OSB) fabrikin tikintisində çalışan Mustafa Avcının üzərinə beton tir düşüb.
İş yoldaşlarının xəbəri ilə jandarma və təcili tibbi yardım qrupları bölgəyə sövq edilib.
Həkimlər fəhlənin öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mikayıl