AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu çərçivədə şəhərsalma və tikinti sahəsində mövcud qanunvericilik təhlil edilir, beynəlxalq təcrübə öyrənilir. Eyni zamanda, normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, "yaşıl tikinti" və "yaşıl bina" ətraf mühitə zərəri minumuma endirir. Bu prinsiplərlə inşa edilən tikililər isə "yaşıl bina" adlanır. Ekspert bu tip binaların üstünlüklərinə də diqqət çəkib.
Qeyd olunur ki, yaşıl binalar təkcə təbiətin qorunmasına deyil, eyni zamanda, uzunmüddətli iqtisadi qənaətə də imkan yaradır.










































