"TikTok"da təhlükəli trend: Tələbələr zəhərləndi

MARAQLI
17:20 06.03.2023
393
ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass) "TikTok BORG” trendinə görə zəhərlənən bir çox tələbə xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, trend Amerikada bir çox tələbənin zəhərlənməsi ilə diqqət çəkib. 

UMass rəsmiləri tələbələrin qatıldığı əyləncə gecəsində "TikTok BORG” adlı trendin səbəb olduğu həddindən artıq spirtli içki qəbulu səbəbindən hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib. 

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını qeyd edən səlahiyyətlilər hadisənin ciddiliyi ilə əlaqədar rayondakı bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib. 

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.

Son zamanlar ABŞ universitetlərində gündəmə gələn "TikTok BORG” trendi Çin sosial media platformasında zərəri azaldılmış içmə üsulu vəd edən yeni bir trenddir.

Ayşən

OXŞAR XƏBƏRLƏR