Dünyanın ən çox istifadə edilən tətbiqlərindən biri olan "TikTok” istifadəçilərinə yeni bir xüsusiyyət təqdim etməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, məşhur sosial media platforması "TikTok” "Google” axtarışını tətbiqdaxili axtarış nəticələrinə inteqrasiya edən yeni funksiyanı sınaqdan keçirir.
Tətbiq tədqiqatçısı Radu Oncescu tərəfindən aşkar edilən yeni funksiyanın tədqiqində, "TikTok”un axtarış səhifəsinin ortasında istifadəçiləri "Google”da eyni terminləri axtarmağa dəvət edən kiçik bir qutunun olduğu görünür.
"TikTok” və "Google” arasındakı bu əməkdaşlıq "TikTok” sözçüsü tərəfindən də təsdiqlənib.
Gülay