"TikTok” fenomeni dəhşətli şəkildə ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "TikTok” ulduzu Karla Pardini ona edilən müəmmalı telefon zəngindən sonra dünyasını dəyişib.
Belə ki, Meksikada "TikTok” ulduzu 21 yaşlı Karla Pardini evinə çox yaxın ərazidə silahlı hücuma məruz qalıb. Silahlı hücumun qurbanı olan fenomenin ölümündən əvvəl etdiyi son paylaşım qatilin onun tanışı olduğuna işarə edib.
Karlanın anası hadisədən öncə qızına telefon zəngi gəldiyini bildirib.
21 yaşlı qızın son paylaşımında "Ümid edirəm ki, məni sevmirsən” yazdığı görülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ayşən