"TikTok" işçisini işdən çıxardı - Səbəbi hər kəsi təəccübləndirdi

DÜNYA
15:48 21.10.2024
165
"TikTok"un sahibi ByteDance Çinin ən məşhur süni intellekt proqramlarından biri olan "Doubao"nu inkişaf etdirməyə davam edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin süni intellekt təlimində çalışan təcrübəçini işdən çıxarmasının səbəbi eşidənləri təəccübləndirib.

ChatGPT-yə bənzər bir quruluşda fəaliyyət göstərən "Doubao"nun təlimində çalışan bir stajyeri işdən çıxaran ByteDance mövzu ilə bağlı belə açıqlama verib:
 
"Sözügedən şəxs reklam texnologiyası komandasında təcrübəçi idi və reklam texnologiyası ilə heç bir təcrübəsi yox idi".

Süni intellekt təlimini təxribat edən təcrübəçini işdən çıxaran şirkət inkişaf etdirilən "Daubao"hun bu vəziyyətdən təsirlənmədiyini vurğulayıb.
   
Mikayıl
OXŞAR XƏBƏRLƏR