TikTok Rusiyadakı işçilərini ixtisara saldı

TikTok Rusiyadakı işçilərini ixtisara saldı
DÜNYA
19:34 17.12.2022
266
TikTok sosial şəbəkə platforması Rusiyadakı işçilərini ixtisar etməyə başlayıb.

AZXEBER.COM Axsam.az-a istinadən xəbər verir ki, bu haqda "Ria novosti" məlumat yayıb. 

"Bu il biz Rusiyada xidmətimizin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul etmək məcburiyyətində qaldıq və indi təəssüf ki, ölkədəki ştatları ixtisar etməli olacağıq. Biz bu əməkdaşları və platformanın inkişafına verdiyi töhfələri dərindən qiymətləndiririk və bu çətin vaxtda onların dəstəyinə zəmanət veririk. Biz tamhüquqlu xidmətin təhlükəsiz bərpası ilə bağlı qərar qəbul etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam edəcəyik" deyə, açıqlamada qeyd edilib.

Eyni zamanda, "Forbes"in şirkətə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Moskvadakı sosial şəbəkə bölməsi filialın əhəmiyyətli hissəsini ixtisar edib: işdən çıxarılma 500 işçini əhatə edib. Nəşrin məlumatına görə, hazırda Rusiyanın TikTok əyalətində cəmi 10 nəfər qalıb, lakin onlar sonda Dubaya köçürülə bilərlər.

Məlumatda qeyd edilib ki, sosial şəbəkə işçilərinin belə nəzərəçarpacaq dərəcədə azaldılması xəbəri TikTok-un yaxın gələcəkdə Rusiyanı tamamilə tərk edəcəyini deməyə əsas verir. Baxmayaraq ki, şirkətin işçilərinin ixtisarı ilə bağlı məlumatlardan əvvəl də vəziyyət o qədər də yaxşı deyildi.
OXŞAR XƏBƏRLƏR