"TikTok" televiziyaları da geridə qoyur? - Professor səbəbi açıqladı

"TikTok" televiziyaları da geridə qoyur? - Professor səbəbi açıqladı
SOSİAL
13:57 19.01.2023
603
Son günlər Azərbaycanda "TikTok” sosial şəbəkəsi ilə bağlı xeyli müzakirələr var. Sosial şəbəkə istifadəçilərinin bu plaftorma ilə bağlı fikirləri birmənalı deyil. "TikTok”un bağlanması, sosial şəbəkələrlə bağlı qanun qəbul olunmasını təkliflərin edilməsi, televiziyaların sosial şəbəkələrdən asılı duruma düşməsi əsas müzakirə istiqamətlərindədir.

Aparıcı Azər Zahidin "TikTok” sosial şəbəkəsində başlatdığı teleproyektdə məşhur tiktokerlər iştirak etməsi, iki gün ərzində böyük tamaşaçı marağı qazanan şouya 50 minə yaxın izləyici baxması ilə ölkə miqyasında rekord qırıldı. İzləyicilər tərəfindən 2 gün ərzində 2.2 milyon "jeton”, yəni təxminən 17 min manat göndərildi. 

Bəs "TikTok” platformasının bu səviyyəyə gəlməsi nədən asılıdır? Bu məsələlərlə bağlı hansı gözləntilər var?

Məsələ ilə bağlı əməkdar jurnalist, professor, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli AZXEBER.COM-un suallarını cavablandırıb.

O, qeyd edib ki, "TikTok”un populyarlaşmasının əsas səbəbi həmin platformanın yaydığı materiallarda heç bir etik hədd qoyulmamasıdır:

"Bu gün sosial şəbəkələr məsələsi bizim media üçün aktual mövzulardan biridir. Özünün məlumatlandırma sistemində tutduğu yerlə bağlı, orada gedən proseslərlə bağlı və s. O cümlədən, "TikTok” da dəbdə olan platformalardan biridir. Son bir ildə "TikTok”, ümumiyyətlə, Azərbaycanda çox populyarlaşıb. Məncə, bunun əsas səbəbi həmin platformanın yaydığı materiallarda, mətnlərdə, foto və görüntülərdə heç bir etik hədd qoymaması və beləliklə, auditoriyanı özünə cəlb etməsi ilə bağlıdır. Ona görə də, bu normadankənar davranışlar auditoriya üçün, insan psixologiyası baxımından çox maraqlı və cazibədar olur. "TikTok” da bunu nəzərə alır və auditoriyanı özünə cəlb etmək üçün sərhədləri daha geniş açır”.

Media eksperti bildirib ki, "Azərbaycan auditoriyası tamamən "TikTok”dan asılıdır” fikri doğru deyil:

"Bu, daimi belə davam edə bilməz. Hazırda "TikTok”un Azərbaycanda vergi ödənişinə cəlb olunması ilə bağlı söhbətlər gedir. Bu, o deməkdir ki, artıq lazımı etik hədlər müəyyənləşməlidir. Bu cür problemlər həll olunmalıdır. Amma belə düşünmək olmaz ki, bu gün Azərbaycan auditoriyası tamamən "TikTok”dan asılıdır. Oraya müəyyən adamlar daxil olur, müəyyən proqramlar həyata keçirirlər və s. Sadəcə olaraq, "TikTok”un imkanlarından faydalı, gərəkli və maraqlı informasiyaların yayılması üçün istifadə etmək problemi var. Ondan ağıllı adamlar istifadə edə bilirlər. İndi müəyyən açıq-saçıq, erotik, peşəkar medianın özünə layiq bilmədiyi başqa məzmunlu materillar var ki, onları yayırlar. Amma bütövlükdə, mən o fikri qəbul etmirəm ki, Azərbaycanda media və auditoriyanın xeyli hissəsi "TikTok”dan asılıdır, çoxu onun izləyiciləridir. Zaman-zaman bu və ya başqa sosial şəbəkə popular olur və bu da keçici ola bilər”.

Sosial şəbəkələrin televiziyaları asılı duruma salması fikirlərinə də münasibət bildirən Qulu Məhərrəmli qeyd edib ki, peşəkar media ilə sosial şəbəkə arasında qarşılıqlı faydalanma var:  

"Peşəkar media ilə sosial şəbəkə arasında rəqabət gedir, amma eyni zamanda qarşılıqlı faydalanma var. Baxın, sosial şəbəkələrin əsas mövzularından biri televiziyalarda, mediada, onlayn mediada baş verən hadisələrdir, oradakı epizodların yayılmasıdır. Həmçinin televiziyalar da sosail şəbəkəni əsas mövzulardan birinə çevirir. Burada asılılıqdan çox, qarşılıqlı faydalanma var. Məncə, bu cür inteqrativ meyllər davamlı olacaq. Sosial şəbəkənin bəlli bir dövr üçün cazibəli olur. Amma o dövr keçəndən sonra, standartlar orada görünməyəndən sonra auditoriyanın maraq səviyyəsini çox da saxlaya bilmir. Ona görə də, bu proseslər təbiidir, bu, bir informasiya dalğasıdır, keçib gedir. Sadəcə olaraq, peşəkar media auditoriyanı cəlb etmək üçün ən müasir texnologiyalardan, yaradıcılıq imkanlarından istifadə etməlidir, xüsusən, mövzu genişliyi ilə bağlı problem həll etməlidir ki, auditoriyanı özündə saxlaya bilsin”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur