"Tiktok" trendinə düşmək üçün müəllimini xəstəxanalıq etdi - VİDEO

"Tiktok" trendinə düşmək üçün müəllimini xəstəxanalıq etdi - VİDEO
SOSİAL
17:50 11.10.2021
371
"TikTok”da yayılan yeni trend müəllimi xəstəxanalıq edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni yayılan "müəllimə şillə vur” trendi yenidən bu platformanın bağlanması müzakirələrinə səbəb olub.

Belə ki, ABŞ-də baş verən dəhşətli hadisədə 18 yaşlı lisey şagirdi Larianna Cekson "Tiktok” trendi üçün 64 yaşlı müəlliminə hücum edərək onu xəstəxanalıq edib. Öncə sinifdəkilərin çıxmasını gözləyən şagird daha sonra müəllimin yanına gələrək anidən hücum etməyə başlayıb.

Ardıcıl aldığı yumruq zərbələrindən yerə yıxılan müəllim xəstəxanaya aparılıb. Həmin anlar isə dostları tərəfindən anbaan kameraya çəkilib.

Cekson polis tərəfindən saxlanılaraq həbs edilib.

Bu görüntülərin yayılmasından sonra sosial mediada "TikToku bağla” paylaşımları edilməyə başlanıb.
 
Aydın
 
OXŞAR XƏBƏRLƏR