ABŞ-nın Montana ştatında Çin sosial media platforması TikTok-a tamamilə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.
AZXEBER.COM xəbər verir ki, Montana ştatının qanunverici orqanının qanunvericiləri TikTok-un bütün ştatda istifadəsini qadağan edən qanun layihəsinə səs veriblər.
Qanun layihəsi qanunverici orqandan 54 "hə" və 43 "xeyr" səsi ilə qəbul edilib və qubernator Qreq Gianfortenin masasına təqdim olunub.
Gianforte qanun layihəsini təsdiq edərsə, Montana ABŞ-da TikTok-u tamamilə qadağan edən ilk ştat olacaq.
Ayşən