"TikTok"da pul göndərmək mümkün olacaq

"TikTok"da pul göndərmək mümkün olacaq
DÜNYA
01:22 21.08.2026
178
"TikTok" istifadəçilərin şəxsi mesajlar vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.

AZXEBER.COM "Bloomberg”ə istinadən xəbər verir ki, köçürmələrin şirkətin öz ödəniş xidməti olan "TikTok Pay" vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Yeni funksiyanın izlərinə tətbiqin ABŞ üçün "iPhone" versiyasının gizli kodunda rast gəlinib.

Şirkət nümayəndələri bildiriblər ki, funksiya hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu isə yeniliyin hələ ilkin mərhələdə olduğunu göstərir.

"TikTok Pay" artıq Cənub-Şərqi Asiyanın bəzi ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda "TikTok Shop" alış-verişləri üçün istifadə olunur. Yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə məlum deyil.
OXŞAR XƏBƏRLƏR