"TikTok"da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı - DİN-dən açıqlama

"TikTok"da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı - DİN-dən açıqlama
SOSİAL
16:02 20.12.2021
1965
Son vaxtlar "Tiktok" sosial platformasında söyüş və təhqirlərlə bağlı xeyli fikirlər səsləndirilir. 

Hətta həmin platformada təhqirlərə məruz qalan bəzi şəxslər polis orqanlarına da müraciət edir. 

Tanınmış jurnalistlər Azərbaycanda "TikTok”u ciddi bir platformaya çevirmək üçün müvafiq işlər görməyə başlayıb. 

Tanınmış jurnalist, Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli AZXEBER.COM-a bildirib ki, hansısa platformanı bağlamaqdansa, orada inkişafa nail olmaq lazımdır:
 

"Təəssüflər olsun ki, bizdə bir çox şəbəkələrlə bağlı, hətta peşəkar jurnalistlər belə fikir bildirdikdə, çıxış yolunu onun bağlanmasında görürlər. "TikTok”la bağlı da belə fikirlər səsləndirilirdi, amma biz buna qarşı çıxdıq. Çünki hansısa platformanın bağlanması çıxış yolu deyil. Bağlandıqda ölkəyə beynəlxalq təzyiqlər, basqılar də çoxalır. Hesabatlarda qeyd olunur ki, həmin ölkədə söz azadlığına məhdudiyyət qoyulub. Ona görə də, mövcud olan bir resursdan səmərəli istifadə məsələsi var. Bu prosesdə Azxeber.com-un baş redaktoru Hacıbəy Heydərli də bizimlə çiyin-çiyinədir. Elə gecələr olur ki, biz heç yatmırıq, mövzuları müzakirə edirik. Artıq ortada sevindirici nəticələr var. Biz qısa müddətdə "TikTok” platforması üzərində, hətta ciddi paylaşımlarda rekord nəticələr əldə etdik. Biz artıq iki aydır ki, oradayıq, 36 minə yaxın izləyicimiz, 300 mindən çox bəyənmə var. İki ayda ümumi giriş isə 7 milyona yaxınlaşır. Yəni platformadan düzgün istifadə etmək lazımdır. 


"TikTok”da tanınmış adamlar da söyüş söyür, orada blogerlər var ki, xeyli kütləsi var, sanki oranı özləri üçün rahat bir mühitə çeviriblər. Söyüş söyməklə auditoriyanı özlərinə cəlb edib, orada oyunlarla külli miqdarda pul qazanırlar. 

Qazansınlar, amma söyüş üzərində pulun qazanılması insanları mənəvi aşırıya məruz qoyur. Oradakı gənclər nə tərbiyə götürəcək?”

M.Qəribli qeyd edib ki, artıq gördükləri işlərlə bağlı sevindirici nəticələr əldə edilib:

"Biz bununla bağlı maarifləndirici yayımlar etdik, canlı yayımlar etdik. Aktyor Səbuhi Xanlarovla qadınlar arasında söyüş məsələsi olmuşdu. Biz bunu ictimailəşdirdikdən sonra Səbuhi də məcbur qalaraq üzrxahlıq etdi. O zaman qadınlar da bizim canlı efirimizdə idi. Yəni, bu özü artıq bir nəticədir. O cümlədən aparıcı Tarix Əliyev də canlıya qoşularaq bildirdi ki, jurnalistlərin bu məsələyə nəzarət etməsi sevindiricidir. 

Amma çox böyük auditoriyası olan elə şəxslər də var ki, media qarşısında ictimai məsuliyyəti dərk etmirlər, onların yayımları xeyli kütləyə çatırsa, bu məsuliyyəti daşımalıdırlar. Ona görə də, mən ciddi jurnalistləri də dəvət edirəm ki, dəstək olsunlar, daha yaxşı nəticələr əldə edək”.

AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də məsələ ilə bağlı fikirlərini bildirib. 

O deyib ki, "TikTok" artıq böyük biznes şəbəkədir: 

"Tik-tok"da canlı yayım açaraq, yarış keçirən insanların sayı çoxalır. Bu heç də səbəbsiz deyil, insanların canlı yayımına hədiyyə göndərilir, onlar isə bunu pul olaraq əldə edirlər. Orta hesabla hər 1000 bəyənmə 10 dollar pul qazandırır. Azərbaycanda isə yarışlarda 100 min hədiyyə toplayan şəxslər var, bu da min dollar pul edir. Ölkəmizdə aya 5-6 min dollar qazanan "tik-tok"çular var.
 
Jurnalist söyüşlərlə bağlı da danışıb: "Bu gün xeyli adam ölkədə olan söz azadlığından sui istifadə edir. Sosial şəbəkələrdə başqaları söyülür, təhqir edilir. "TikTok"da nə qədər insan bildirir ki, söyülmələri ilə bağlı DİN-ə müraciət ediblər. İnsanlar düşünür ki, sosial şəbəkədə hamını təhqir edə bilər. Ancaq bu belə deyil. Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın hüquqları qorunur. Çıxış yolu maariflənmədir. Biz də bu yöndə işlərimizi davam etdiririk".
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a bildirib ki, sosial şəbəkələrdə yazılan təhqirlərlə bağlı nazirliyə daxil olan bütün müraciətlər araşdırılır:

"Təhqir varsa, bütün hallarda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. "TikTok”da da təhqirlərlə bağlı DİN-ə müraciətlər olur, çox geniş olmasa da, belə hallar olur və onlar aidiyyatı üzrə istiqamətləndirilir. Belə müraciətlər daxil olduqda araşdırılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;" mövzusu üzrə dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ruslan Paşayev "Qran-pri"nin qalibi olub
02:31 07.03.2026
Ruslan Paşayev "Qran-pri"nin qalibi olub
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
01:17 07.03.2026
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb