"TikTok"da video çəkən qadın əri tərəfindən öldürüldü - SƏBƏB

"TikTok"da video çəkən qadın əri tərəfindən öldürüldü - SƏBƏB
DÜNYA
12:28 03.08.2022
651
"TikTok”da çəkdiyi video ilə boşandığını elan edən qadın əri tərəfindən öldürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan 29 yaşlı hind əsilli qadın Saniya Xan əri ilə boşanma prosesi ilə bağlı videonu "TikTok”da izləyicilərinə çatdırıb. Bu videonu görən əri köhnə evinə gedərək oradakı mübahisə nəticəsində gənc qadını öldürüb. 

İddiaya görə, Raheel Ahmed adlı şəxs həyat yoldaşının "TikTok”da çəkdiyi videonu görəndə əsəbiləşib. Danışmaq üçün köhnə evinə gedib və arvadını içəri girməyə razı salıb. Bir müddət normal danışan ikili daha sonra mübahisə etməyə başlayıb və Ahmed özü ilə gətirdiyi silahla qadını vurub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR