"TikTok” "YouTube” ilə rəqabət aparmaq üçün maksimum video müddətini 10 dəqiqədən 30 dəqiqəyə qədər artırmağı planlaşdırır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "YouTube” və "Instagram” kimi platformalar bu gün "TikTok”un qısa video xüsusiyyətini kopyalayaraq çoxlu istifadəçi cəlb etməyi bacarıb.
Bununla belə, "TikTok” indi qısa videolar əvəzinə daha uzun videoları daxil etmək üçün bəzi səylər göstərir.
Məlumata görə, "TikTok” platformada 30 dəqiqəlik videoları sınaqdan keçirir. Bu yolla şirkət birbaşa "YouTube” ilə rəqabət aparmaq istəyir.
Yeni funksiya hazırda sınaq mərhələsində olduğundan onun nə vaxt istifadəçilərə təqdim ediləcəyi barədə dəqiq məlumat yoxdur.
Ayşən