"Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi

"Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi
SOSİAL
13:52 20.08.2026
299
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal"a xanım tiktokerin vəkili Salman Qasımlı məlumat verib.

Vəkil birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş xanım tiktokerdən şikayətçi olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR