Tiktoker Müjgan polisə çağırıldı - barəsində şikayət var
SOSİAL
23:47 30.01.2026
1079
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal"a tiktokerin özü məlumat verib.
Onun sözlərinə görə, müğənni Namiq Qasımov Bakı Şəhər Baş Polis İdarəsinə onun barəsində şikayət edib:
"Mənə səhər saatlarında Bakı şəhəri Baş Polis İdarəsindən bir əməkdaş zəng edərək barədə şikayət olduğu üçün idarəyə çağrılmağımla bağlı məlumat verdi. Səbəbi soruşduqda bildirdi ki, müğənni Namiq Qasımov məndən şikayət edib və bununla bağlı izahat verməliyəm. Sabah 10-da idarəyə gedəcəyəm və bundan sonra məlumatlı olacağam".