TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Qarabəy" adlı səhifəni idarə edən Qarabəy Şərifovu polis saxlayıb.
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Xəzər rayon məhkəməsinin müvafiq qərarına əsasən, Q.Şərifov inzibati qaydada 20 sutkalıq həbs edilib.