“Tiktoker" “Şiva” həbs edildi

“Tiktoker" “Şiva” həbs edildi
SOSİAL
20:11 11.03.2026
156
"TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu polis saxlayıb. 

AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla H.Məmmədov inzibati qaydada 20 sutkalıq həbs edilib.
OXŞAR XƏBƏRLƏR