Sosial media platforması "TikTok"un ABŞ-nin nəzarətinə verilməsi tam razılaşdırılıb.
ABŞ Maliyyə Naziri Skott Bessent bu barədə "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
"Hər şey həll olunub və biz əməliyyatı çox tezliklə gözləyirik", - deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp "TikTok"un birgə müəssisə nəzarəti altında ABŞ-yə verilməsi ilə bağlı müqaviləni təsdiqləyib.







































