Rusiyalı ifaçı Timati Bakıda konsert verib.
Showlife.Az xəbər verir ki, 17 may tarixində Buta Palace-də baş tutan konsertdə rus müğənni 2 saat ərzində öz sevilən mahnılarını ifa edib.Qeyd edək ki, bu gün həm də Azərbaycanın Laçın rayonun Ermənistan tərəfindən işğalından 22 il ötür. Bir ay bundan öncə Natavan Həbibi də 17 may günü konsert vərəcəyini açıqlamışdı. Ancaq KİV-də və cəmiyyətdə olan qınaq müğənnini bu addımdan daşındırdı. Müğənni özü də açıqlamasında bildirdi ki, konsertinin vaxtının dəyişdirilməsi məhz bu amillə bağlıdır.Görünən isə odur ki, ölkəmizdə ictimai rəy yalnız öz müğənnilərimizi qınaq obyektinə tutmaq üçün işləyir. Natavana etiraz edənlər, Timatiyə güldən ağır söz demədilər. Bir sözlə, 17 may günü Timatiyə konsert verməyə icazə verildi, Natavana isə yox.