"Times": Britaniya Folklend adalarını qorumaq üçün hərbi təlimlər keçirib

"Times": Britaniya Folklend adalarını qorumaq üçün hərbi təlimlər keçirib
DÜNYA
01:23 14.10.2026
114
Böyük Britaniya Folklend adalarının (Malvinas adaları) zorla geri alınması ssenarisini sınaqdan keçirmək üçün hərbi təlimlər keçirib.

Bu barədə "The Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, altı günlük təlimdə Paraşüt Alayının 150 hərbçisi təlimdə iştirak edib və Folklend Adaları Müdafiə Qüvvələrindən 100 ehtiyatda olan əsgərlə birlikdə tapşırıqları icra ediblər.

Arxipelaqın ən böyük adası olan Şərqi Folklendə HMS Medway patrul gəmisi ilə yaxınlaşan ohərbçilər San Karlos Körfəzi sahilində qayıqlardan enərək 32 kilometrlik gecə basqını ediblər və sübh tezdən düşmənin simulyasiya edilmiş rabitə mərkəzini ələ keçiriblər.

Kral Hərbi Hava Qüvvələrinin "Typhoon" qırıcıları onlara hava dəstəyi verib. Təlim 1982-ci ilin may ayında Folklend müharibəsi zamanı baş tutan Britaniyanın "Sutton Əməliyyatı"na əsaslanıb.

"The Times” qəzeti qeyd edir ki, son aylarda Buenos Ayresin arxipelaqa iddialarını artırıb.

Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları 200 ildir ki, Argentina ilə Birləşmiş Krallıq arasında ərazi mübahisəsinin mövzusudur. 1982-ci ilin aprelində iki ölkə arasında silahlı münaqişə baş verdi. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşdə 649 əsgərini itirərək məğlub oldu. Britaniya tərəfi 255 itki verdi.

2013-cü ilin mart ayında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda ərazinin Krallığın tərkibində qalmasına səs verdi. Argentina referendumun nəticələrini tanımadı. Folklend adaları iki böyük və təxminən 800 kiçik adadan ibarətdir ki, ərazisi 12.000 kvadrat kilometrdən bir qədər çoxdur və əhalisi təxminən 3200 nəfərdir.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR