Məşhur TIME jurnalı Paris 2024 Olimpiya Oyunlarında tapanca ilə atış üzrə qazandığı medal ilə Türkiyəyə qalibiyyət qazandıran Yusuf Dikeçi üz qabığına yerləşdirib.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, jurnal fotonu "Türkiyəli terminator" başlığı ilə yayımlayıb.
Dikeç Olimpiadaya 3 gün qalmış xarab olan silahının tətiyini usta olan dostuna təmir etdirərək yarışa qatılıb və dünyanın diqqətini çəkməyi bacarıb.
Xatırladaq ki, Time jurnalı daha öncə Mustafa Kamal Atatürk, İsmət İnönü, Şükrü Saraçoğlu, Adnan Menderes, Naim Süleymanoğlu, Kənan Evren, Rəcəb Tayyib Ərdoğan, Mehmet Ali Ağca, Mehmet Öz və Özlem Türeci-Uğur Şahin kimi türkiyəli məşhurları üz qabığında yerləşdirib.
Aysel