“Titan” fəlakətindən sonra “OceanGate”dən YENİ QƏRAR

“Titan” fəlakətindən sonra “OceanGate”dən YENİ QƏRAR
DÜNYA
11:27 07.07.2023
591
"Titanik” gəmisinin qəzaya uğradığı yerə səfəri zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan "Titan” sualtı qayığının sahibi "OceanGate” bütün fəaliyyətini dayandırdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, "OceanGate”in rəsmi saytında verilən açıqlamada bütün ekspedisiyaların və kommersiya fəaliyyətlərinin dayandırıldığı bildirilib.

Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında "Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən "OceanGate” şirkətinə məxsus "Titan” sualtı qayığı partlayaraq batmış, 5 nəfər həlak olmuşdu.

Ayşən
OXŞAR XƏBƏRLƏR