“Titan” sualtı qayığı niyə faciə ilə nəticələndi? Ölümün bütün detalları açıqlandı

MARAQLI
00:02 17.07.2023
429
Mühəndislər iyunun 18-də beş sərnişini ilə birlikdə dünyasını dəyişən OceanGate-in baş direktoru Stockton Rush-ın "Titan” sualtı qayığını xilas etmək üçün verdiyi bir çox qərarın ekipajını "Titanik” qalıqlarını izləməyə deyil, ölümə apardığını iddia edib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sərnişinləri adambaşına 250 min dollar ödəyən "Titan”ı müvəffəqiyyətli kəşflər edən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Alvin" sualtı qayığı ilə müqayisə edən mütəxəssislər "Titan”ın davamlı materialdan hazırlanmadığını, formasının dalış üçün yararsız olduğunu və ana gəminin kifayət qədər xüsusiyyəti olmadığını deyib. 

Onların iddiasına görə, bütün dünyanın danışdığı "Titan”ı fəlakətə sürükləyən səbəblər bunlardır.

"New York Times” qəzetinə danışan ekspertlər hadisəni təhlil edərək, fəlakətə səbəb ola biləcək müxtəlif amilləri müəyyən ediblər.

Ekspertlər "Titan”ın dizayn seçimləri ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Müvafiq olaraq, daha çox sərnişin qəbul etmək məqsədi daşıyan sferik konstruksiyadan silindrik (karbon-lifli boru) konstruksiyaya keçid sualtı qayığın həddindən artıq təzyiqə tab gətirmə qabiliyyətini zəiflədib.

"Titan”dan daha yüngül və daha ucuz olan karbon lifli gövdə dərin dənizdə dalış zamanı sıxılma qüvvələrinə daha həssasdır. Həmçinin "Titan”ın bədənində karbon lifi və titan kimi müxtəlif materialların istifadəsi müxtəlif genişlənmə və sıxılma əmsallarına görə su keçirməyən sızdırmazlığa nail olmaqda çətinliklərə səbəb olub.

Ayşən

OXŞAR XƏBƏRLƏR