“Titanik”i görmək istəyərkən itkin düşən turistlərin SON FOTOSU

“Titanik”i görmək istəyərkən itkin düşən turistlərin SON FOTOSU
DÜNYA
12:30 20.06.2023
720
Dünyanın ən məşhur gəmilərindən biri olan "Titanik"in qalıqlarını araşdırmaq üçün Atlantik Okeanında 12 min 500 fut dərinliyə enən turistləri daşıyan avtomobilin yoxa çıxmasının ardından axtarış-xilasetmə işləri davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən məşhur gəmilərindən biri kimi tanınan və 1913-cü ildə yüzlərlə insanın həyatını itirdiyi "Titanik” gəmisinin qəzasını görmək üçün təşkil edilən turizm turu fəlakətlə başa çatıb.

"OceanGate Expeditions” adlı şirkət sualtı qayığa enən və xüsusi sistem tərəfindən idarə olunan vasitənin "Titanik” gəmisinin qalıqlarından enərkən yoxa çıxdığını açıqlayıb.

Atlantik Okeanında 12.500 fut dərinlikdə itdiyi açıqlanan vasitə üçün axtarış-xilasetmə işlərinə başlanarkən səlahiyyətlilər 96 saat oksigen olduğunu açıqlayıb.

Bu hesablamalara görə, nəqliyyat vasitəsindəki oksigen cümə axşamı saat 12-yə qədər nəqliyyat vasitəsində olan heyət və turistlər üçün kifayət edəcək. 

Bildirilib ki, "OceanGate Expeditions” adlı şirkət tərəfindən həyata keçirilən turda britaniyalı milyarder Həmiş Hardinq, o cümlədən kəşfi təşkil edən şirkətin baş direktoru Stockton Rush və fransız kəşfiyyatçı PH Nargeolet də iştirak edib. 

Onların son fotosunu təqdim edirik:

Ayşən

 

 

 

OXŞAR XƏBƏRLƏR