Çində 200 avtomobil toqquşub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çin dövlət mediasının məlumatına görə, Zhengzhou şəhərində qatı duman səbəbindən 200 avtomobilin iştirakı ilə qəza baş verib. Əraziyə onlarla yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Sarı Nehir bölgəsində əsas keçid məntəqəsi olan körpünün üzərindən hər iki istiqamətdə hərəkət edən avtomobillərin çoxlu qəzalara məruz qaldığı bildirilib. Meteorologiya xidməti isə bölgədə görmə məsafəsinin 200 metrə qədər azaldığını açıqlayıb.
Çin yol polisi də hava şəraiti ilə bağlı açıqlama verərək sürücülərə xəbərdarlıq edib. Sürücülərə sürəti azaltmağı, işıqlardan istifadə etməyi və təhlükəli əraziləri mümkün qədər tez tərk etmək xatırladılıb.
Ayşən