Daha bir tanınmış şəxs "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) fəaliyyətə başlayıb.
Siyasi şərhçi Tofiq Abbasov bu həftədən etibarən "Rakurs” ictimai-siyasi verilişində, sentyabrdan isə "Hədəf” ictimai-siyasi analitik verilişində aparıcı kimi efirə çıxacaq. Bu verilişlərdə ölkədə və xaricdə baş verən hadisələr təhlil olunacaq.
Tofiq Abbasov 1980-ci ilin əvvəlindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra - 2006-cı ildən "Lider” TV-də "Səda” İnformasiya Departamentinə rəhbərlik edib.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatlar aparılıb, yeni layihələrə tanınmış simalar cəlb edilib.
///BakuPost