Tofiq Bəhramov stadionunda növbəti problem - FOTO

İDMAN
16:39 18.09.2014
2284
Gətirilən qazon normal standartlara uyğun gəlmir.
Avropa Liqasının “Qarabağ” – “Sent-Etyen” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasında növbəti problem yaranıb.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, Hollandiyadan gətirilən qazonda problem olmasa da, meydançanın ot örtüyünün meydançanın müəyyən hissəsinə səliqə ilə döşənmədiyi ortaya çıxıb.
Bu isə normal standartlara uyğun gəlmir.
Rekord.az saytındakı həmkarlarımızın çəkdikləri şəkillərdən də göründüyü kimi, cərimə meydançası yaxınlığındakı bu problem oyun zamanı futbolçuların normal hərəkətinə, istədiyi oyunu sərgiləməsinə problem yarada bilər.
Ümid edək ki, Tofiq Bəhramov adına stadionun rəbbərliyi matçın başlamasına qədər problemi aradan qaldıracaq.
Xatırladaq ki, mərkəzi arenanın meydançası bərbad hala düşdüyü üçün Gənclər və İdman Nazirliyi AFFA ilə birgə stadiona yeni qazon gətirdib. Yeni ot örtüyünün 
“Real” və “Barselona”nın stadionlarında olan qazonlarla eyni olduğu bildirilib. Ot örtüyü bir neçə gün əvvəl salınmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR