Tofiq Hacıyev niyə istefa verdi? - “Macəra, müəmma və gizlinlər var”

Tofiq Hacıyev niyə istefa verdi? - “Macəra, müəmma və gizlinlər var”
MEDİA
16:32 28.07.2015
1577
“Tofiq Hacıyevi Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin edənlər onu müdafiə etmədilər”.Bunu AzNews.az-a açıqlamasında institutun əməkdaşı, tanınmış jurnalist Qulu Məhərrəmli T.Hacıyevin istefası xəbərini şərh edərkən deyib. Bildirib ki, o, direktor vəzifəsinə gəlmək istəmirdi və kimlərinsə təkidi ilə təyin olunmağa razılıq vermişdi: “Bu gediş mənim üçün müəmmalıdır. Çünki T.Hacıyev institutda ciddi işlər planlaşdırırdı. Belə işlər görmək istəyən bir insan birdən-birə istefa verib. Ona görə də, bu işdə macəra elementləri var, gizlinlər var. Kiminsə kimdənsə xoşu gəlməyə bilər, amma bu faktdır ki, Tofiq Hacıyev Azərbaycan dilçilik elmi üçün əvəzolunmaz simadır.Onun həm şəxsiyyəti, həm istedadı, həm də təşkilatçılıq bacarığı müəyyən işləri irəli aparmağa imkan verirdi. Amma nədənsə onu bu vəzifəyə təyin edənlər də T.Hacıyevi yüksək səviyyədə müdafiə etmədilər”.Q.Məhərrəmli Tofiq Hacıyevin istefasının səbəblərinin kökündə dayanan konfliktlər məsələsinə də toxunub. Bildirib ki, sözügedən institut tarixən konfliktlərlə “zəngin” olub:“Mən 26 yaşımda o institutda dissertant kimi fəaliyyətə başladım, o vaxt da konfliktlər var idi, indi də var, bundan sonra da olacaq. AmmaTofiq müəllim bu konfliktlərin kökünü kəsmək istəyirdi. Çünki bu konfliktlərin arxasında şəxsi maraqlar dayanır. Bir çoxu adamların öz işi ilə məşğul olmamasından qaynaqlanır.Konflikt istedadsız adamlar üçün meydandır, fürsətdir”.Q.Məhərrəmli Hacıyevin istefasının institudakı işlərə mənfi təsir göstərəcəyini düşünür:“O, institutda böyük işlər başlamışdı. Birinci növbədə prezidentin sərəncamı ilə imzalanmış dövlət proqramı var, o proqramın reallaşdırılması üçün strateji xətt müəyyənləşdirmişdi və həyata keçirilməsi üçün planlar var idi. Hesab edirəm ki, onun istefası bütün bunların reallaşdırılmasına mənfi təsirlər göstərəcək”.Jurnalist T.Haciyevin instituta heç vaxt qayıtmayacağını düşünür: “Çünki o, özünə, öz şəxsiyyətinə hörmət edən insandır. Və T.Hacıyevi təkid edib buraya gətirmişdilər, o, bu vəzifəyə gəlməyə razı deyildi.Amma Tofiq müəllimi bura gətirən adamlar müdafiə etmədilərsə, əminəm ki, o da heç vaxt geri qayıtmayacaq”.
OXŞAR XƏBƏRLƏR