Azərbaycanın MMA üzrə Dünya çempionu Tofiq Musayev AzxeberSport-a özəl açıqlama verib.
"Rizin Gran Prix-2019”un çempionu sınmış əlinin sarğısını açdıraraq yenidən məşqlərə başladığını bildirib.
"UFC-də nə vaxt döyüşəcəksiz? sualına idmançı belə cavab verib: "Təbii ki, UFC-dən mənə təkliflər gəlib. Düşünürəm ki, idman dünyası ilə birlikdə xalqımız da bu döyüşləri səbrsizliklə gözləyir. Elə mən özüm də üçrəngli bayrağımızı yenidən yüksəklərdə dalğalandırmaq üçün səbrsizlənirəm. Ancaq indiki məqsədim "Rizin”də qazandığım kəməri daha bir il qorumaqdır. Bundan sonra UFC haqqında düşünmək olar”.
Xatırladaq ki, həmyerlimiz Tofiq Musayev Yaponiyada keçirilən turnirin final mərhələsində braziliyalı Patrik Freyrie üz-üzə gəlmişdi.Hakimlərin yetkin qərarı ilə Tofiq Musayev qalib olmuşdu.