Tofiq Yaqublu və Nemət Pənahlı azadlıqda

SOSİAL
15:28 17.03.2016
3044
Prezident əfv sərəncamı imzaladı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında Tofiq Yaqublu da var.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 2014-cü ildə İsmayıllı hadisələri ilə əlaqədar 5 il azadlıqdan məhrum edilmişdi.
Əfv olunanlar arasında, həmçinin Milli dövlətçilik partiyasının rəhbəri Nemət Pənahlı, NİDA hərəkatının fəalı Rəsul Cəfərli, Prezidentin işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, jurnalist Pərviz Həşimli, keçmiş nazir Nicat Quliyev, hüquq müdafiəçisi Taleh Xasməmmədov var.

OXŞAR XƏBƏRLƏR