Tokayev: Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq

Tokayev: Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq
SİYASƏT
14:30 07.10.2025
174
Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq. Bizim təşəbbüslərimiz regional bağlantıların şaxələndirilməsinə mühüm töhfələr verəcək.

Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qazaxıstan Prezidenti Türk dövlətlərini hava və dəniz limanları üzərində işləməyə çağırıb: "Bu gün süni intellekt texnologiyasından da istifadə mühüm əhəmiyyətə malikdir. Rəqəmsal Monitorinq Mərkəzinin də yaradılmasını təklif edirik. Bizim hədəfimiz tam rəqəmsallaşdırılmış dövlət yaratmaqdır. Rəqəmsal İnnovasiya Mərkəzinin də yaradılmasını təklif edirik. Bu mərkəz süni intellekt sahəsində mübadilələrin aparılmasına və vəsaitin cəlb edilməsinə şərait yaradar. Gələn sammitimizin süni intellekt və rəqəmsal inkişafa həsr edilməsini təklif edirəm”.

Tokayev enerjinin effektivliyinə həsr edilmiş Şuranın təşkilini də təklif edib. O, Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb və əlavə edib ki, TDT-yə üzv ölkələrin iqtisadiyyatlarının əsas sütunu enerji sektorudur.
OXŞAR XƏBƏRLƏR