Tokayev iğtişaşçılarla bağlı sərt qərar verdi: “Xəbərdarlıq edilmədən atəş açın!”

Tokayev iğtişaşçılarla bağlı sərt qərar verdi: “Xəbərdarlıq edilmədən atəş açın!”
DÜNYA
13:01 07.01.2022
450
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti dəfə xalqa müraciət edib.

Dövlət başçısı çıxışında iğtişaşçıların məhv edilməsi üçün xəbərdarlıq edilmədən atəş açılması əmrini verdiyini bildirib. O, hökumətin silahlılarla danışıqlar aparmaq niyyətində olmadığını qeyd edib.

Qazaxıstan lideri həmçinin KTMT sülhməramlı kontingentinin ölkəyə uzunmüddətli gəlmədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR