Tokayev kömək üçün KTMT-yə müraciət etdi - Putin kömək edəcək

Tokayev kömək üçün KTMT-yə müraciət etdi - Putin kömək edəcək
DÜNYA
00:59 06.01.2022
800

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev "terror təhlükəsinin aradan qaldırılmasına kömək göstərilməsi xahişi ilə" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına müraciət edib.

 

Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

"KTMT tərəfdaşlarına müraciət etməyi məqsədəuyğun və vaxtında olunmuş müraciət hesab edirəm", - deyə Tokayev bildirib. 

Onun sözlərinə görə, söhbət dövlətin bütövlüyünə təhlükə və vətəndaşlara qarşı hücumlardan gedir.

Rusiyanın bir neçə "Teleqram" kanalının yayımladığı məlumata görə, Rusiya prezidenti müraciəti müsbət qiymətləndirib. 


OXŞAR XƏBƏRLƏR