"Xəzər dənizinin suyunun azalması ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib.
"Diqqətinizi çox incə, lakin ciddi bir məsələyə yönəltmək istərdim. Bu, Xəzər dənizi ətrafındakı acınacaqlı vəziyyətdir. Vəziyyət ekoloji fəlakətə yaxınlaşır", - deyə o vurğulayıb.
Bununla əlaqədar Tokayev Astanada ŞƏT-in himayəsi altında Su Problemlərinin Təhlili Mərkəzinin yaradılmasını təklif edib.
O hesab edir ki, problem təşkilat daxilində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər.
/Oxu.az