Tokayev: "Yanvar iğtişaşlarında əli olan hər kəs cəzalanacaq"

Tokayev: "Yanvar iğtişaşlarında əli olan hər kəs cəzalanacaq"
DÜNYA
19:50 10.02.2022
404
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə yanvar iğtişaşlarında əli olan hər kəsin cəzalanacağını bildirib.

O, bu barədə Moskvada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.

"Bu, Qazaxıstanda baş verənlərdən sonra mənim Rusiyaya ilk səfərimdir. Terrorçular konstitusiya quruluşunu sarsıtmaq istəyirdilər. Hücum məhz bu məqsədlə olmuşdu. Çoxlu qurbanlar olub. Hazırda istintaq davam edir. Hər bir faktla bağlı araşdırma aparılır. Günahkarlar, şübhəsiz ki, cəzalanacaqlar”.
OXŞAR XƏBƏRLƏR