Tokio-2020: Atlet yıxılmasına baxmayaraq finişə birinci çatıb

Tokio-2020: Atlet yıxılmasına baxmayaraq finişə birinci çatıb
İDMAN
11:12 02.08.2021
663
Niderlandı təmsil edən Efiopiya əsilli atlet Sifan Hassan Tokio-2020 Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışda yarımfinalın qalibi olub.

AZXEBER.COM-un məlumatına görə, 28 yaşlı idmançı yarış zamanı rəqibi ilə toqquşub və yerə yıxılıb.

Lakin Hassan mübarizəyə davam edib və 4 dəqiqə 5,17 saniyəyə finişə birinci çatıb.
OXŞAR XƏBƏRLƏR