Tokio-2020: Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb

Tokio-2020: Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazanıb
İDMAN
14:13 03.09.2021
1354
Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

AZXEBER.COM-un məlumatına görə, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.
OXŞAR XƏBƏRLƏR