Tokio-2020: Hacı Əliyev finalda

Tokio-2020: Hacı Əliyev finalda
İDMAN
13:44 06.08.2021
575
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

AZXEBER.COM-un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.

Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.
OXŞAR XƏBƏRLƏR