Tokio-2020: Mariya Stadnik finala yüksələ bilmədi

Tokio-2020: Mariya Stadnik finala yüksələ bilmədi
İDMAN
14:12 06.08.2021
1889

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

AZXEBER.COM-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.

Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə uduzan Stadnik finala vəsiqə qazana bilməyib.

OXŞAR XƏBƏRLƏR