Tokio-2020: Mariya Stadnik yarımfinala yüksəldi

Tokio-2020: Mariya Stadnik yarımfinala yüksəldi
İDMAN
10:00 06.08.2021
696
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

AZXEBER.COM-un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.

Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.

Stadnik daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.
OXŞAR XƏBƏRLƏR