Tokio Olimpiadası: İrina Zaretska italyan rəqibini də məğlub etdi

Tokio Olimpiadası: İrina Zaretska italyan rəqibini də məğlub etdi
İDMAN
10:28 07.08.2021
1276
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

AZXEBER.COM xəbər verir ki, idmançımız Silviya Semeraroyaya (İtaliya) qalib gəlməyi bacarıb.

Qeyd edək ki, qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

***09:37

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə uğurlu start verib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya qalib gəlib.

Zaretska rəqibindən 4:1 hesabı ilə üstün olub. O, qrupda növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR