Tokionun şərqində 5,4 bal gücündə zəlzələ oldu

Tokionun şərqində 5,4 bal gücündə zəlzələ oldu
DÜNYA
11:11 04.07.2024
114
Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində zəlzələ baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) yaydığı məlumata görə, Çiba əyaltinin Katsuura və İsumi sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 12.12-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə "nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR