Tolgahan Sayışmanın rekord büdcəli filmi çəkilişlərə başlayıb

Tolgahan Sayışmanın rekord büdcəli filmi çəkilişlərə başlayıb
MAQAZİN
10:30 16.01.2024
168

Aktyor Tolqahan Sayışmanın prodüseri olduğu və baş rolda oynadığı "Arjen” fiminin çəkilişlərinə əstart verilib.

AZXEBER.COM xəbər verir ki, film gənc yaşda küçələrdə yaşamaq məcburiyyətində qalan bir uşağın təcrübəli sui-qəsdçiyə çevrilməsindən bəhs edir.

 

"Arjen” serialında Tolgahan Sayışman, Talat Bulut, Ezgi Eyüboğlu, Alican Yücesoy, Dilara Aksüyek, Saruhan Hünel, Yunus Eski və Cemal Toktaş kimi təcrübəli sənətçilər rol alıb.

 

Film bu günə qədə Türkiyə tarixində qeydə alınmamış rekord büdcə ilə də gündəmə gəlib. Belə ki, filmin səhnələrində istifadə olunması üçün "Boeing 737” (104 milyon dollar), "Bombardier” təyyarələri (30 milyon dollar) və dəbdəbəli avtomobillər (3 milyon dollar) gətirilib.

 

Aysel

OXŞAR XƏBƏRLƏR